Putin İlham Əliyevlə danışdı 

Putin İlham Əliyevlə danışdı 
SİYASƏT 07 Sentyabr 2026 13:17

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər yayıb.

Bildirilib ki, telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə ediblər.

İkitərəfli əlaqələrin müxtəlif səviyyələrdə intensivləşdirilməsi barədə razılıq əldə olunub.