Son günlər pomidorun və xiyarın qiymətində artım müşahidə olunur.
Sitat.info xəbər verir ki, bazarlarda və marketlərdə 1.50 manata satılan pomidorun kiloqramı 3 manata təklif olunur. 1.20 manata satılan xiyarın (yelpənək) qiyməti isə 2 manata qalxıb.
Qiymət artımının əsas səbəbi kimi rayonlarda hava şəraitinin yağmurlu keçməsi göstərilir.
Hazırda açıq sahələrdə yetişdirilən pomidorun həcmi tədricən azalır. Digər tərəfdən, istixana məhsulu hələ bazarın tələbatını tam ödəyəcək həcmdə deyil. Bu isə bazara çıxarılan məhsulun azalmasına və qiymətlərin yüksəlməsinə səbəb olur.
Hava şəraiti, məhsul yığımı və daşınma xərcləri də qiymətlərə təsir edən amillər sırasındadır.
Satıcılar bildirir ki, bazara çıxarılan məhsulun həcmi artdıqca pomidorun qiymətində yenidən dəyişiklik ola bilər.