Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
Sentyabrın 6-da Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Sitat.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki. dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24 dərəcə isti olacaq.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti olacaq.