Hövsanda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi
Bakıda naməlum qadının maşına çoxsaylı zərbələr endirdiyinə dair görüntülər yayılıb.
Sitat.info Bakupost-a xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda qadının dəmir alətlə avtomobilə dəfələrlə zərbə endirdiyi görünür.
Hadisənin paytaxtın Hövsan qəsəbəsində baş verdiyi bildirilir. İddia olunur ki, qadın ərinin xəyanətindən xəbər tutub və qisas almaq üçün onun maşınına hücum edib.
Videoda qadının yaxınlıqdakı binaya tərəf dönərək "Elə bilirsən, evdə ağlayacağam? Onu görməyəcəksən”, - dediyi eşidilir.
Ardınca o, öz avtomobilinə əyləşərək həmin avtomobilə yenidən zərbə endirib. Məlumata görə, görüntülərdəki qadın polis şöbəsinə dəvət olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.