Baş nazir olduğum günə lənət olsun – Paşinyan
"Gizlətmirəm, son səkkiz ildə elə anlar olub ki, baş nazir olduğum günə lənətləmişəm”.
Sitat.info teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın kitabının təqdimat mərasimində deyib.
"Bu, bir-iki dəfə də olmayıb. Bilmirəm, siz hansı günə lənət oxumusunuz – mənim baş nazir olmağıma, yoxsa sizin müvafiq vəzifəyə təyin olunmağınıza?” – baş nazir tədbirdə iştirak edən hökumət üzvlərinə müraciətində bildirib.