" İran ABŞ hərbi gəmisi üzərində gəmiəleyhinə raket sınaqdan keçirib”  - Möhsün Rzayi

\" İran ABŞ hərbi gəmisi üzərində gəmiəleyhinə raket sınaqdan keçirib”  - Möhsün Rzayi
Dünya 07 Sentyabr 2026 09:59

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi İranın yeni gəmiəleyhinə raketini ilk dəfə ABŞ hərbi gəmisinin üzərində sınaqdan keçirdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Rzayi İran dövlət televiziyasına açıqlamasında bildirib ki, hadisə onun çıxışından təxminən 48 saat əvvəl baş verib. “İlk dəfə olaraq gəmiəleyhinə raketimizi Amerika hərbi gəmisi üzərində sınaqdan keçirdik”, – deyə Rzayi bildirib. O, raketin amerikalılar üçün “cəhənnəm yaratdığını” və ABŞ gəmisinin ərazidən uzaqlaşdığını iddia edib.

Nigar,

Sitat.info