ABŞ-da yük təyyarəsi eniş zamanı enmə zolağından çıxdı: 5 nəfər öldü
ABŞ-da Amazon şirkətinə məxsus Boeing 767 yük təyyarəsi Mayami Beynəlxalq Hava Limanına eniş zamanı uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.
Sitat.info xəbər verir ki, qəza nəticəsində 5 nəfər ölüb, 5 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib. Təyyarənin qəza zamanı bəzi avtomobillərə də çırpıldığı bildirilir.
Hadisənin səbəbləri araşdırılır.
Aytac,
Sitat.info