İsrail bu ölkəyə hücuma keçdi: partlayıcı dolu çəlləklər atıldı
İsrail pilotsuz uçuş aparatları Livanın cənubundakı Əl-Mansuri şəhərinə zərbələr endirib.
Sitat.info xəbər verir ki, Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, İsrail qüvvələri Əl-Mansuri ərazisində iki partlayış törədib.
Bildirilir ki, pilotsuz uçuş aparatları səhər saatlarında Tir şəhərinin cənubunda yerləşən əraziyə yüksək partlayıcı maddələrlə dolu çəlləklər atıb.
Hücum İsrailin Livanın cənubundakı Nəbatiyyə bölgəsinə endirdiyi zərbələrdən sonra baş verib.
Bildirək ki, Kfar Rumman şəhərinə gecə saatlarında edilən hücumlarda azı 11 nəfər, o cümlədən iki uşaq və iki tibb işçisi öldürülüb. Daha 5 nəfərin yaralandığı bildirilir.