İsrail Livanın cənubunu bombaladı: 11 nəfər öldü
İsrail ordusunun Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində 11 nəfər həyatını itirib.
Sitat.info xəbər verir ki, Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, zərbələrdən biri Kfar Rumman şəhərində yaşayış binasına endirilib. Hücum nəticəsində 9 nəfər, o cümlədən iki uşaq həlak olub, 5 nəfər yaralanıb.
Bundan başqa, İsrail pilotsuz uçuş aparatının mülki avtomobili vurması nəticəsində daha iki tibb işçisi öldürülüb.
Aytac,
Sitat.info