Rusiya gecə boyu Kiyevə hücum etdi: 2 nəfər ölüb, 10 yaralı var
Rusiya qüvvələri sentyabrın 8-nə keçən gecə Kiyevə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücum edib.
Sitat.info UNIAN-a istinadən xəbər verir ki, hücum nəticəsində şəhərin ən azı beş rayonunda yaşayış binaları, anbarlar, qarajlar və avtomobillər zərər görüb, yanğınlar baş verib.
Son məlumata görə, 2 nəfər həyatını itirib, 10 nəfər yaralanıb. Yaralılardan 5-i xəstəxanaya yerləşdirilib, onlardan 2-nin vəziyyəti ağırdır.
Nigar,
Sitat.info