Şəhidin anası vəfat etdi
Vətən müharibəsi şəhidi Qəşəm İbrahimlinin anası vəfat edib.
Sitat.info xəbər verir ki, şəhid anası Gülçöhrə İbrahimova yaşadığı Ağdam rayonunun Xındırıstan kəndində dünyasını dəyişib.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü Qəşəm 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib və 9 oktyabr 2020-ci ildə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra bir neçə medalla təltif edilib.