Zelenski Ukrayna ordusunun Rusiyada neft emalı müəssisələrini vurduğunu bildirdi
Ukrayna ordusu Rusiyanın endirdiyi zərbələrə ədalətli şəkildə cavab verməyə davam edir.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "X” hesabında bildirib.
O qeyd edib ki, Ryazan bölgəsində neft emalı zavodu, Perm bölgəsində və Tatarıstanda neft emalı müəssisələri, Kursk bölgəsində isə hücum dronlarının saxlanması və buraxılması üçün istifadə edilən ərazi hədəfə alınıb.
Ukrayna lideri Qara dənizdə də hədəflərin vurulduğunu qeyd edib.
///apa