"Barselona"nın yetirməsi Kristian Telyo karyerasını bitirib

\"Barselona\"nın yetirməsi Kristian Telyo karyerasını bitirib
İdman 07 Sentyabr 2026 18:50
İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Kristian Telyo peşəkar karyerasını başa vurub.
Kataloniya təmsilçisinin yetirməsi bu barədə sosial şəbəkə hesabında yazıb.
35 yaşında karyerasını bitirən İspaniya millisinin keçmiş üzvü altı ölkədə 512 oyun keçirib.
O, "Barselona"nın əsas komandasından başqa, İspaniyada "Betis", İtaliyada "Fiorentina", Portuqaliyada "Portu", ABŞ-nin "Los Anceles", Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin klublarında oynayıb.