Suriya İrana xəbərdarlıq etdi 

Suriya İrana xəbərdarlıq etdi 
SİYASƏT 07 Sentyabr 2026 19:50
“Suriya İranın region ölkələrinə qarşı hücumlarını rədd edir”.

Sitat.info xəbər verir ki, bunu Suriya xarici işlər naziri Əsəd Şibani deyib.

“Ərəb ölkələrinin əraziləri başqaları ilə hesablaşma meydanına çevrilməməlidir”, - nazir bildirib.

Əsəd Şibani həmçinin qeyd edib ki, İsrail Suriyada yeni təsir zonaları yaratmağa və ölkənin bərpa prosesini pozmağa çalışır: “Suriya İsrailin hücumlarına son qoymaq məqsədilə ABŞ-nin vasitəçiliyi ilə danışıqlarda iştirak edir”.