Keşləni yenə su basdı - "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." - VİDEO
"İcra başçımız Coşqun Cəbrayılov sonuncu dəfə yağış yağanda küçəmizə gəlib, bizimlə görüşdü. Bildirdi ki, problem həllini tapıb, yağış suları daha küçələrə, evlərə dolmayacaq. Bu gün isə eyni mənzərə nin şahidi olduq, 10-15 dəqiqə yağan yağış küçələrimizi yağış suları altında qoydu. Kanalizasiya suları böyük gölməçələr əmə gətirir, qarşısı alınmasa evlərə də dolacaq".
Bu sözləri Sitat.info-ya "Keşlə" sakinləri danışıblar.
Onlar müraciət edərək, evlərinin yağış sularının altında qaldığını bildiriblər.
Bizə göndərdikləri videonu təqdim edirik:
Aytac,
Sitat.info