Trampın elçilərinin Moskva və Kiyev görüşləri nəticəsiz qaldı

Trampın elçilərinin Moskva və Kiyev görüşləri nəticəsiz qaldı
Dünya 08 Sentyabr 2026 09:22
ABŞ prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərləri diplomatik irəliləyişlə nəticələnməyib.
Sitat.info-nun xarici mediaya istinadən xəbərinə görə, Le Monde yazır ki, tərəflər Ukraynaya qış öncəsi yardım, təhlükəsizlik təminatları və Rusiyanın ərazi tələblərini müzakirə ediblər. Kiyevdə keçirilən görüşlərdə Ukrayna prezidenti Volodimir Zelenski, ABŞ nümayəndələri və Fransa, Almaniya, Böyük Britaniya rəsmiləri iştirak ediblər. Danışıqlardan sonra konkret razılaşma açıqlanmayıb. Xüsusi diqqət Ukraynanın hava hücumundan müdafiəsinə və qış aylarında enerji infrastrukturunun qorunmasına yönəlib.