24 yaşlı oğlanı qatar vurub öldürdü 

24 yaşlı oğlanı qatar vurub öldürdü 
HADİSƏ 08 Sentyabr 2026 09:55

Şəmkirdə gənc oğlanı qatar vurub.

Sitat.info APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Böyük Kəsik-Gürcüstan dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Sabirkənd kənd sakini, 2002-ci il təvəllüdlü R. Vəliyevi dəmir yolu xəttini keçərkən qatar vurub.

Gənc aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.