Kanadanın ABŞ-a qarşı tətbiq etdiyi cavab tarifləri qüvvəyə mindi 

Kanadanın ABŞ-a qarşı tətbiq etdiyi cavab tarifləri qüvvəyə mindi 
Dünya 08 Sentyabr 2026 10:37

Kanadanın ABŞ-ın Kanada məhsullarına tətbiq etdiyi 50 faizlik tariflərə cavab olaraq elan etdiyi yeni gömrük rüsumları bu gündən qüvvəyə minib.

Sitat.info xəbər verir ki, yeni tariflər ABŞ-ın təxminən 20 milyard dollar dəyərində məhsuluna, o cümlədən geyim, pendir, metal hissələri və taxta məmulatlarına şamil olunur.

Kanada avqustun 25-də ABŞ tariflərinə cavab olaraq həmin məhsullara 15, 25 və 50 faiz arasında dəyişən rüsumlar tətbiq edəcəyini açıqlamışdı.

Bu addım iki ölkə arasında ticarət gərginliyini daha da artırıb.

Aytac,

Sitat.info