Antalyada 3 bölgədə meşə yanğını: Vətəndaşlar təxliyə edildi
Türkiyənin Antalya şəhərinin Aksu, Kepez və Serik rayonlarında gecə saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.
Sitat.info xəbər verir ki, Aksuda başlayan yanğın Kepezə də keçib. Bir sıra yollar təhlükəsizlik məqsədilə bağlanıb, səhər saatlarında isə nəqliyyatın hərəkəti qismən bərpa olunub.
Serikdə isə bəzi evlər təxliyə edilib. 5 ev və bir neçə istixana yanaraq yararsız hala düşüb.
Yanğın zamanı evlərdən birində olan 3 əlil şəxs tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Yanğının söndürülməsinə 12 yanğınsöndürən maşın, 4 yanğınsöndürmə avtomobili və 6 su çəni cəlb olunub. İşlər davam edir.