Lavrov Trampın Ukrayna münaqişəsinə yanaşmasını yüksək qiymətləndirdi
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Tramp administrasiyasının Ukrayna münaqişəsinin kök səbəblərini anlamaq qabiliyyəti ABŞ nümayəndələri ilə faydalı danışıqlar aparmağa imkan verir.
Sitat.info xəbər verir ki, Lavrov bu fikirləri Moskvada keçirilən mətbuat konfransında səsləndirib.
Onun sözlərinə görə, Tramp administrasiyası fəaliyyətinin ilk günlərindən münaqişənin əsas səbəblərini görmək istəyi və bacarığı nümayiş etdirib.
“Bu da bizə ABŞ prezidentinin nümayəndələri ilə aparılan söhbətlərin, danışıqların və təmasların hər iki tərəf üçün faydalı olacağına ümid etməyə imkan verir”, – Lavrov vurğulayıb.
Lavrov daha əvvəl də ABŞ administrasiyasının Ukrayna münaqişəsinin “kök səbəblərini” nəzərə almağın vacibliyini anladığını bildirmişdi.
Nigar,
Sitat.info