Səudiyyə Ərəbistanı husilərin mülki ərazilərə hücumlarını pislədi
Səudiyyə Ərəbistanı husilərin ölkədəki mülki ərazilərə hücumlarını kəskin şəkildə pisləyib.
Sitat.info xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud husilərin Əbha, Xamis Muşayt, Cizan və Nəcran şəhərlərindəki mülki obyektlərə hücumlarını krallığın qətiyyətlə pislədiyini bildirib.
Nazir bu fikirləri Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
Bundan əvvəl Ər-Riyad gecə saatlarında həyata keçirilən ballistik raket və pilotsuz uçuş aparatları ilə hücumlar nəticəsində qadın və uşaqlar da daxil olmaqla 70-dən çox insanın yaralandığını açıqlamışdı. Son məlumatlara görə, yaralananların sayı 73 nəfərdir.
Aytac,
Sitat.info