Yeni Zelandiyada helikopter qəzaya uğrayıb  

Yeni Zelandiyada helikopter qəzaya uğrayıb  
HADİSƏ 08 Sentyabr 2026 15:12

Yeni Zelandiyada "Forrest Field" özəl aerodromu yaxınlığında helikopter qəzaya uğrayıb, pilot həlak olub.

Sitat.info-nun xəbərinə görə, bu barədə "1news" xəbər portalı məlumat verib.

Hadisə Kraystçerç şəhərindən təxminən 30 kilometr şimal-qərbdə yerləşən Ayeruell yaxınlığında baş verib.

"Helikopterin pilotu hadisə yerində həyatını itirib. Göyərtədə başqa heç kim olmayıb", - deyə polis nümayəndəsi Den Overend bildirib.

Helikopter aerodromdan bir neçə yüz metr aralıda yerləşən tarlada qəzaya uğrayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerini hasara alıblar, araşdırma aparılacaq.

Helikopterin modeli, ölən şəxs barəsində məlumatlar və qəzanın səbəbi dəqiq açıqlanmır.