Azərbaycanda İLK: Bu sahədə qızlar oğlanları qabaqladı - Emin Əmrullayev nəticələri açıqladı  

Azərbaycanda İLK: Bu sahədə qızlar oğlanları qabaqladı - Emin Əmrullayev nəticələri açıqladı  
Gündəm 08 Sentyabr 2026 12:21

“PISA qiymətləndirmə nəticələrinə görə riyazi savadlılıqda qızlar oğlanları ötüb.

Sitat.info xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələri  ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazirin sözlərinə görə, bir neçə göstərici üzrə qızlar oğlanları qabaqlayıblar: "Riyazi savadlılıq üzrə qızlar 423  bal , oğlanlar isə 422 bal toplayıblar.  Oxu savadlığı üzrə  qızlar 392 bal,  oğlanlar 356 bal toplayıblar.  Təbiət elmləri üzrə qızlar 416, oğlanlar isə 402 bal toplayıblar. Bu Azərbaycanda ilk belə bir haldır".

Məğrur,

Sitat.info