“Azov” döyüşçüləri əvvəlki gücünü itirib - rusiyalı ekspert
Rusiya tərəfindən məhv edilmiş Ukraynanın “Azov” milli batalyonunun döyüşçülərinin motivasiyasını itirdiyi bildirilir.
Sitat.info xəbər verir ki, bu barədə hərbi ekspert Andrey Maroçko TASS-a açıqlamasında deyib.
Onun sözlərinə görə, döyüşçülərin aşağı motivasiyası və zəif hərbi hazırlığı Rusiya qüvvələrinin onları məğlub etməsini asanlaşdırır.
Maroçko bildirib ki, “Azov” bölmələri Slavyansk və Kramatorsk yaxınlığında cəbhəni sabitləşdirmək üçün döyüş bölgəsinə göndərilib. Ekspertin fikrincə, onlar vəziyyəti dəyişə bilməyəcək, yalnız “qaçılmaz olanı təxirə salacaqlar”.
“Azov” döyüşçülərinin Xarkov istiqamətinə də göndərildiyini deyən Maroçko əlavə edib ki, bu bölmə artıq Ukrayna ordusunun adi hücum və motoatıcı piyada bölmələrindən ciddi şəkildə fərqlənmir. Onun sözlərinə görə, batalyonda yaxşı hazırlıqlı və motivasiyalı hərbçilər demək olar ki, qalmayıb.
Nigar,
Sitat.info