Çində yük gəmisində güclü yanğın: 20 ölü - Video 

Çində yük gəmisində güclü yanğın: 20 ölü - Video 
Dünya 10 Sentyabr 2026 15:42

Çinin Çindao şəhərində yerləşən “Beyhay” gəmiqayırma zavodunda təmirə dayanan xarici yük gəmisində yanğın baş verib.

Sitat.info xəbər verir ki, bu barədə CCTV məlumat yayıb.

Hadisə nəticəsində gəmidə 42 nəfər olub. Onlardan 20-si ölüb.

Çin Prezidenti Si Szinpin itkin düşənlər üçün axtarış və xilasetmə işlərinin sürətləndirilməsini, yaralılara yardım göstərilməsini və yanğının səbəbinin mümkün qədər tez müəyyən edilməsini tapşırıb.