Xocalı rayonunda mina partlayıb, bir nəfər xəsarət alıb 

Xocalı rayonunda mina partlayıb, bir nəfər xəsarət alıb 
HADİSƏ 10 Sentyabr 2026 09:43

Xocalı rayonunun Daşkənd kəndi ərazisində 2026-cı il 10 sentyabr tarixində mina hadisəsi baș verib.

Bu barədə Sitat.info-ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, Agentliyin əməkdaşı 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Həsənov Anar sol ayağından xəsarət alıb.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.