Suriyada silah anbarında partlayış baş verib: 14 nəfər ölüb

Suriyada silah anbarında partlayış baş verib: 14 nəfər ölüb
HADİSƏ 09 Sentyabr 2026 20:10
Suriyanın İdlib əyalətinin Sarmada şəhəri yaxınlığında yerləşən müvəqqəti silah və sursat qalıqları anbarında partlayış baş verib.

Bu barədə dövlət televiziyası məlumat yayıb.
Son məlumatlara görə, partlayış nəticəsində ən azı 14 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
Partlayışın səbəbləri və dəymiş ziyanın miqyası barədə hələlik məlumat verilmir.