İsa Həbibbəyli Çində fəxri professor seçildi

İsa Həbibbəyli Çində fəxri professor seçildi
MƏDƏNİYYƏT 09 Sentyabr 2026 11:45

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Çin Xalq Respublikasının Hebey Dövlət Pedaqoji Universitetinin Elmi şurası tərəfindən həmin ali təhsil ocağının fəxri professoru seçilib. Bu barədə Çindən akademik İsa Həbibbəylinin ünvanına göndərilən məktubda bildirilib.

AMEA-dan Sitat.info-ya verilən məlumata görə, akademik İsa Həbibbəyli Hebey Dövlət Pedaqoji Universitetinin fəxri professoru adına Azərbaycan-Çin elmi əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə layiq görülüb.

2024-cü ildə AMEA, Hebey Sosial Elmlər Akademiyası və Hebey Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “Xəzərdən Çin Səddinədək: ədəbiyyat, texnologiya və sosial həyat” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Akademik İsa Həbibbəyli bu yaxınlarda Hebey Sosial Elmlər Akademiyasının keçirdiyi Dünya İntellektuallarının XXIV Konfransında məruzə ilə çıxış edib.

Çinin Hebey bölgəsinin elm və ali təhsil qurumları ilə AMEA-nın elmi əlaqələri uğurla davam edir.