Zərdabda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - Adlar 

Zərdabda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - Adlar 
HADİSƏ 09 Sentyabr 2026 09:37

Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki,  hadisə Zərdab-Ağcabədi avtomobil yolunda baş verib.

Belə ki, KİA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində azı 5 nəfər yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub.

Məlumata görə, bunlar minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovadır.

1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.