Azərbaycan neftinin qiyməti 108 dolları ötüb 

Azərbaycan neftinin qiyməti 108 dolları ötüb 
İQTİSADİYYAT 09 Sentyabr 2026 09:51

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Sitat.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,87 dollar və ya 0,81% artaraq 108,18 ABŞ dolları olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 107,31 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.