Batumidən uçan təyyarə Rizedə dənizə düşdü 

Batumidən uçan təyyarə Rizedə dənizə düşdü 
HADİSƏ 09 Sentyabr 2026 15:43

Gürcüstandan havaya qalxan yüngülmühərrikli təyyarə Türkiyənin Rize vilayətində dənizə təcili eniş edib.

Sitat.info “Hürriyet”ə istinadən xəbər verir ki, “Aerospool WT-9 Dynamic” tipli təyyarə Batumidən havaya qalxıb və göyərtəsində 2 nəfər olub. 

Onların Belçika vətəndaşları olduğu və xilas edildikləri bildirilib. Sahilə çıxarıldıqdan sonra xəstəxanaya aparılan həmin şəxslərin vəziyyəti açıqlanmayıb.