Nepalda sel: ölənlərin sayı 1367-yə çatıb

Nepalda sel: ölənlərin sayı 1367-yə çatıb
Dünya 09 Sentyabr 2026 14:08

Nepalın Çin sərhədindəki Rasuva bölgəsində baş verən güclü sel nəticəsində 1367 nəfər ölüb, 5132 nəfər itkin düşüb.

Axtarış-xilasetmə işlərinə 21 mindən çox təhlükəsizlik əməkdaşı cəlb olunub. Mütəxəssislər fəlakətin buzlaq çökməsi və onun yaratdığı uçqun nəticəsində baş verdiyini bildiriblər.