Tramp onu “axmaq və yazıq” adlandırdı
ABŞ Prezidenti Donald Tramp CNN müxbiri Keytlan Kollinsi “axmaq və yazıq qadın” adlandıraraq onu yenidən təhqir edib.
Sitat.info xəbər verir ki, o bu fikri “Truth Social” sosial şəbəkəsində paylaşıb.
“Çox axmaq və yazıq, saxta jurnalist – CNN 'müxbiri' Keytlan Kollins hər şeyin uydurma və yalandan ibarət olduğu bir müzakirədə iştirak etdi”, – deyə Tramp bildirib.
Qeyd edək ki, bu hadisə, “New York Times” müxbirinin Kollinsin aparıcısı olduğu proqramda çıxış edərkən Trampın Cənubi Karolinadakı son mitinqinin yarıboş və “Çox, həddindən artıq sönük” keçdiyini bildirməsindən sonra baş verdi. Amerika lideri buna qəzəblə reaksiya verərək yazdı ki, CNN bu yolla reytinqini artırmağa çalışır, lakin hər şeydən əvvəl “ikinci dərəcəli aparıcılarından” xilas olmalıdır.