Azərbaycanda məktəblərin sayı 1 ildə bu qədər azaldı
Azərbaycanda 2025-2026-ci illərdə fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrinin sayı 2024-2025-ci illərlə müqayisədə azalıb.
Bu barədə Sitat.info-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, 2024-2025-ci illərdə 4324 məktəb fəaliyyət göstərib. 2025-2026-cı illərdə isə məktəblərin sayı 4160 olub. Bu isə 164 məktəbin bağlanması deməkdir.
Digər tərəfdən, 2024-2025-ci illərdə təhsil alanların sayı 1 milyon 671 min nəfər olub. 2025-2026-cı illərdə isə bu say 1 milyon 648 min nəfər təşkil edib.
Beləliklə, 2025-26-cı təhsil ilində şagirdlərin sayı da 23 min nəfər azalıb.