Abşeronda soyğunçuluq edən şəxs saxlanıldı

Abşeronda soyğunçuluq edən şəxs saxlanıldı
KRİMİNAL 09 Sentyabr 2026 17:20
Abşeron rayonu ərazisində yerləşən qəbiristanlıqların birində soyğunçuluq hadisəsi qeydə alınıb.
Sitat.info xəbər verir ki, zərərçəkmiş polisə müraciət edərək yaxın qohumunun məzarını ziyarət edən zaman naməlum şəxsin onun içərisində pul vəsaiti olan çantasını talayaraq hadisə yerindən uzaqlaşdığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı E.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.