Tibo Kurtua Belçika millisindəki karyerasını müvəqqəti dayandırıb
İspaniyanın "Real" klubunun qolkiperi Tibo Kurtua Belçika millisindəki çıxışını müvəqqəti dayandırıb.
Təcrübəli qolkiper bu barədə yerli mətbuata açıqlamasında deyib.
O, Millətlər Liqasının matçlarında oynamaq istəmədiyini, yalnız baş məşqçinin zədələr səbəbindən kadr problemi ilə üzləşəcəyi təqdirdə istisna hal kimi komandaya kömək edə biləcəyini bildirib.
Təcrübəli oyunçu bu qərarın yığmanın "dördlər finalı"na vəsiqə qazanacağı təqdirdə belə, həmin mərhələdə də çıxış etməyəcəyi mənasına gəldiyini əlavə edib.
Bununla yanaşı, təcrübəli qolkiper Avropa çempionatının seçmə mərhələ matçlarında iştirak etməyə hazır olduğunu da bildirib. Qolkiper heyətdəki yeri uğrunda mübarizə aparmaq və yenidən birinci qolkiper olduğunu sübut etmək istədiyini vurğulayıb.
Qeyd edək ki, Belçika millisi UEFA Millətlər Liqasında növbəti matçını sentyabrın 25-də İtaliya yığmasına qarşı keçirəcək.