“Brent”nefti ucuzlaşıb, WTI isə bahalaşıb
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 0,12% azalaraq 1 barelə görə 101,09 ABŞ dolları təşkil edib. Sitat.info-nun məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin oktyabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,11% artaraq 96,16 ABŞ dollarına bərabər olub.