“Azeri Light”ın qiyməti 113 dolları ötdü 

“Azeri Light”ın qiyməti 113 dolları ötdü 
İQTİSADİYYAT 10 Sentyabr 2026 09:24

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Sitat.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,14 dollar və ya 4,75% artaraq 113,32 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 108,18 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.