Sərnişin gəmisində yanğın: 5 nəfər ölüb, 87 nəfər itkin düşüb
Filippin sahillərində sərnişin gəmisində baş verən yanğın nəticəsində ilkin məlumata görə, 5 nəfər ölüb, 87 nəfər itkin düşüb.
Sitat.info xəbər verir ki, GMA Network-un məlumatına görə, paytaxt Maniladan Palavan əyalətinin Koron bölgəsinə gedən sərnişin gəmisində naməlum səbəbdən yanğın baş verib.
Gəmidə 117 sərnişin və 17 ekipaj üzvü olmaqla ümumilikdə 134 nəfər olub. Yanğın nəticəsində 5 nəfərin öldüyü bildirilir.
İndiyədək 42 nəfərin xilas edildiyi, 87 nəfərin isə itkin olduğu açıqlanıb. Hazırda itkin düşənlərin axtarışı və xilasetmə işləri davam etdirilir.
Aytac,
Sitat.info