İranla müharibə 2029-cu ilə qədər davam edə bilər - “Wall Street Journal”

İranla müharibə 2029-cu ilə qədər davam edə bilər - “Wall Street Journal”
Dünya 10 Sentyabr 2026 10:25

 İranla müharibə 2029-cu ilin yanvarına qədər davam edə bilər.

Sitat.info xəbər verir ki, bu barədə “Wall Street Journal” yazır. 

ABŞ prezidenti Donald Tramp müharibənin noyabrda keçiriləcək aralıq seçkilərdən dərhal sonra başa çatacağını bildirib. Lakin Ağ Evin yüksək vəzifəli müşavirləri Trampa münaqişənin onun prezidentlik müddətinin sonuna qədər uzana biləcəyi barədə xəbərdarlıq ediblər.

Vitse-prezident Ceyms Devid Vens və dövlət katibi Marko Rubio Trampa İranın ABŞ təzyiqlərinə müqavimət göstərməyə davam edə biləcəyini bildiriblər.

Bu arada İran və ABŞ arasında qarşılıqlı zərbələr davam edir.

İordaniyadakı Müvəffəq əs-Salti Hava Bazasına gecə hücumu zamanı ABŞ-ın bir neçə hərbi təyyarəsinə zərər dəyib. Bir A-10 “Thunderbolt” təyyarəsi ciddi zədələnib, 8 F-15 qırıcısına isə yüngül ziyan dəyib.

ABŞ qüvvələri hücum zamanı bazanı qorumaq üçün 30-dan çox “Patriot” raketindən istifadə edib. Hücumun Vaşinqtonun İranla əlaqəli 5 tankerə qarşı keçirdiyi əməliyyatdan sonra baş verdiyi bildirilir.

Aytac,

Sitat.info