Qəzzada bir ailənin 4 üzvü İsrail hücumunda həlak oldu
İsrailin Qəzzanın şimalındakı Beyt Lahiya şəhərinə endirdiyi hava zərbəsi nəticəsində eyni ailənin 4 üzvü həlak olub.
Sitat.info-nun Əl-Cəzirəyə istinadən məlumata görə, ölənlər bir kişi, onun həyat yoldaşı və iki qızıdır. Onlar gecə yarısından sonra yaşadıqları evdə həyata keçirilən hücum nəticəsində öldürülüblər. Meyitlər Əl-Şifa xəstəxanasına aparılıb. Hadisə ilə bağlı İsrail ordusu hələlik açıqlama verməyib.
Qeyd edək ki, 2025-ci ilin oktyabrında əldə olunan atəşkəsə baxmayaraq, Qəzzada İsrailin zərbələri davam edir. Atəşkəsdən sonra 1 300-dən çox fələstinlinin öldüyü, 4 500 nəfərin isə yaralandığı bildirilir.
Aytac,
Sitat.info