Xocalıda ANAMA əməkdaşı minaya düşdü 

Xocalıda ANAMA əməkdaşı minaya düşdü 
HADİSƏ 10 Sentyabr 2026 10:55

Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşüb.

Sitat.infoTeleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Daşkənd kəndi ərazisində baş verib.

ANAMA əməkdaşı kənd ərazisində minatəmizləmə işləri apararkən mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.