Pakistan: "Məkkə sazişi müdafiə xarakterlidir, genişləndirmə planı yoxdur"

Pakistan: \"Məkkə sazişi müdafiə xarakterlidir, genişləndirmə planı yoxdur\"
SİYASƏT 10 Sentyabr 2026 12:10

Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə sazişi müdafiə xarakterli ittifaqdır.

Sitat.info xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü bildirib. 

Onun sözlərinə görə, hazırda bu ittifaqı başqa ölkələrin hesabına genişləndirmək planı yoxdur.

Açıqlama Səudiyyə Ərəbistanına husilərin hücumlarından sonra Pakistanın saziş çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə bağlı verilib.

Qeyd edək ki, son günlər husilərin Səudiyyə Ərəbistanına hücumları güclənib. Pakistan isə sazişin əsas məqsədinin Səudiyyə Ərəbistanının müdafiəsi olduğunu vurğulayır.

Nigar,

Sitat.info