Zelenskinin təyyarəsi PUA təhlükəsi ilə üzləşib – Son anda...
Ukrayna Prezidenti Vladimir Zelenskinin təyyarəsi Moldovadan Norveçə uçarkən PUA tərəfindən vurulmaq təhlükəsi ilə üzləşib.
Sitat.info xəbər verir ki, bunu Norveçin Baş naziri Yonas Qar Støre bildirib.
Baş nazir hadisənin təfərrüatlarını açıqlamayıb. PUA-nın təyyarəyə nə qədər yaxınlaşdığı da məlum deyil.
Zelenski Norveçdə Kral V Haraldın dəfn mərasimində iştirak edib.
Qeyd edək ki, Zelenskinin Moldovadan uçuşundan bir gün əvvəl iki Rusiya PUA-sının Moldova hava məkanına daxil olduğu bildirilmişdi. Hadisədən sonra Kişinyov hava limanında uçuşlar müvəqqəti dayandırılmışdı.
PUA-lardan biri boş əraziyə düşərək yanğına səbəb olub, digəri isə Rumıniya istiqamətində hərəkət edib.
Aytac,
Sitat.info