Tramp İranla münaqişənin bitəcəyi tarixi açıqladı
ABŞ Prezidenti Donald Tramp İranla 2015-ci ildə imzalanmış nüvə sazişini tarixdəki “ən pis razılaşmalardan biri” adlandırıb.
Sitat.info xəbər verir ki, o, sazişin İranın nüvə silahı əldə etməsinə yol açdığını bildirib.
O, 2018-ci ildə ABŞ-ı sazişdən çıxardığını və İrana qarşı sanksiyaları bərpa etdiyini xatırladıb.
ABŞ prezidenti həmçinin İranla münaqişənin noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən qısa müddət sonra başa çatacağını deyib.
Trampın sözlərinə görə, İran rəhbərliyi razılaşma əldə etmək istəyir.
Aytac,
Sitat.info