Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi 

Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi 
Dünya 10 Sentyabr 2026 15:09

Rusiya Prezidenti Vladimir Putin əmək miqrantlarının ölkədə yaşamağa və işləməyə hazırlanması üçün hökumətə tapşırıq verib.


Sitat.info Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Rusiya lideri ötən axşam DİN rəhbərinin birinci müavini, nazirliyin Miqrasiya Xidmətinin rəhbəri Andrey Kikot ilə görüşüb.

“Mən həmkarlarımla danışanda, ilk növbədə əmək miqrantlarının gəldiyi ölkələrdən olan nümayəndələr bildirirlər ki, həmin insanların Rusiyada işləməyə və yaşamağa hazırlanması məsələsində bizimlə birgə əməkdaşlıq etməkdə maraqlıdırlar”, - deyə Putin bildirib.

O qeyd edib ki, söhbət, xüsusilə uşaqların təhsili və onlara rus dilinin öyrədilməsindən gedir.

Putinin fikrincə, bu prosedurlar olmadan normal miqrasiya prosesini təşkil etmək olduqca çətindir.

Rusiya Prezidenti deyib ki, bu işlə yalnız Miqrasiya Xidməti deyil, bütün hökumət məşğul olmalıdır.

“Mən sizdən xahiş edərdim ki, bunu Rusiya hökumətində də gündəmə gətirəsiniz”, - deyə Putin vurğulayıb.

Bundan əvvəl Putin əmək miqrantları üçün tələbləri sərtləşdirmişdi.