Azərbaycanlı xanıma ABŞ-da yüksək vəzifə verildi 

Azərbaycanlı xanıma ABŞ-da yüksək vəzifə verildi 
Dünya 10 Sentyabr 2026 12:56

Azərbaycanlı təhsil mütəxəssisi Sevinc Məmmədova ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Corc Vaşinqton Universitetində (George Washington University) prorektor (Associate Provost) vəzifəsinə təyin olunub. O yeni vəzifəsində Corc Vaşinqton Universitetinin akademik və institusional inkişafı ilə bağlı istiqamətlər üzrə fəaliyyət göstərəcək.

Sitat.info xəbər verir ki, bu barədə S.Məmmədova sosial media hesabında paylaşım edib.

Qeyd edək ki, S.Məmmədova bundan əvvəl Corc Vaşinqton Universitetində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərib və universitetlərarası əməkdaşlığın, beynəlxalq təhsil proqramlarının və akademik tərəfdaşlıqların inkişafına töhfə verib.