Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək 

Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək 
SİYASƏT 05 Sentyabr 2026 08:58
7-11 sentyabr 2026-cı il tarixlərində Bakıda Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçiriləcək.

Sitat.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, eyni tarixlərdə Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026) də baş tutacaq.

Tədbirlər iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlıq və COP31 ərəfəsində iqlim fəaliyyətinin gücləndirilməsinə həsr olunacaq.