Putin Hindistana gedir

Putin Hindistana gedir
SİYASƏT 10 Sentyabr 2026 18:13
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 10-u axşam saatlarında Hindistana yola düşəcək.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı bildirib. "Prezident qarşıdakı Dehli BRICS sammitinə hazırlığını davam etdirir və bu axşam oraya uçacaq”, - deyə Peskov bildirib.

Putinin səfəri BRICS sammiti ərəfəsində baş tutacaq. Çin Prezidenti Si Cinpin də sentyabrın 12-13-də keçiriləcək toplantıda iştirak etmək üçün Hindistana səfər edəcək.
Kreml daha əvvəl bildirib ki, Putin BRICS sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə ikitərəfli görüş keçirəcək.
 
///modern.az