Özbəkistan əlifbasını dəyişdi

Özbəkistan əlifbasını dəyişdi
Dünya 10 Sentyabr 2026 20:15
Özbəkistan Parlamentinin Yuxarı Palatası (Senat) latın qrafikasına əsaslanan özbək əlifbasının quruluşunu dəyişdirən yeni qanun layihəsini qəbul edib.

Sitat.info TASS agentliyinə istinadla xəbər verir ki, senatda səsə qoyulan düzəlişlər ölkədə dil islahatının yeni mərhələsini başladır.

Qanunla “Latın qrafikasına əsaslanan Özbək əlifbasının tətbiqi haqqında” qanuna müvafiq dəyişikliklər edilir. Yeni standarta əsasən, özbək əlifbası 26 hərf və 3 hərf birləşməsi əvəzinə 28 hərf və 1 apostrofdan ibarət olacaq.

Sənəddə keçid dövrünün şərtləri də öz əksini tapıb. Köhnə qrafika ilə tərtib olunmuş rəsmi sənədlər, banknotlar, qiymətli kağızlar, dövlət rəmzləri və mövcud lövhələr yeniləri ilə əvəzlənənədək və ya fiziki olaraq köhnələnədək dövriyyədə qalacaq.

Senat nümayəndələrinin fikrincə, bu qərar özbək dilinin rəqəmsal mühitdə və informasiya texnologiyalarında tətbiqini ciddi şəkildə asanlaşdıracaq. Qanun tezliklə imzalanması üçün Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim olunacaq.